Nar Mobile-dan rominq tariflərinə endirim davam edir!

nar-mobile-dan-rominq-tariflerine-endirim-davam-edir
Oxunma sayı: 705

Abunəçilərinin rahatlığını düşünən Nar Mobile mobil operatoru rominq tariflərini 60% endirdi. Yeni rominq tariflərinə uyğun olaraq, abunəçilərin rahatlığı üçün dünya ölkələri 5 coğrafi zonaya bölünərək “1 zona – 1 qiymət” hesablama sistemi təqdim olundu. Bununla da, müəyyən zona çərçivəsində abunəçinin seçdiyi mobil operatordan asılı olmayaraq sabit qiymətlə ünsiyyətdə olmaq imkanı yarandı.

Bununla yanaşı, Nar Mobile-ın yeni rominq tariflərinə uyğun olaraq, abunəçilər aşağıdakı yeniliklədən bəhrələnə biləcəklər.

sabit bağlantı, avtomatik mobil operatorun seçimi və yüksək keyfiyyət;

ölkədə və regionda eyni qiymət haqqında dərhal və pulsuz məlumat almaq imkanı;

sadələşmiş tarif modeli;

artıq, öncədən ödəniş tariflərinin abunəçiləri rouminq xidmətini aktivləşdirmək üçün Müştəri Xidmətləri mərkəzlərinə müraciət etməli deyil. Rominqi aktivləşdirmək üçün *777#100#yes yığmaq kifayətdir;