Nar Mobile-dan yeni festival

nar-mobile-dan-yeni-festival
Oxunma sayı: 645

“Goodbye Summer” / “Əlvida yay” adlı festival bazar günü, 26 avqust 2012-ci il tarixində Crescent Beach Hotel-də keçiriləcək.

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, festivalda əcnəbi DJlər və rəqs qrupu iştirak edəcək. Beləlikə Rusiyadan Elly Noise, Gürcüstandan Dubster, DJ George və Go-Go Dancers gələcək.

Festival saat 15:00-da başlayacaq və tədbirdə ancaq Nar Mobile istifadəçiləri iştirak edə biləcəklər. Tədbir zamanı aşağıdakı müsabiqələr keçiriləcək:

- Futbol çempionatı;
- Foto müsabiqə;
- Ən yaxşı kişi və qadın rəqsi;
- Sual-cavab müsabiqəsi.

Müsabiqələrin qalibləri Nar Mobile tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılcaqlar.

Qeyd edək ki, festivala giriş ödənişsizdir.