Nar Mobile “Daşınan nömrələr”in tətbiqinə tam hazırdır

nar-mobile-dasinan-nomrelerin-tetbiqine-tam-hazirdir
Oxunma sayı: 658

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, yeni qaydalara əsasən, şəbəkədaxili zənglər, SMS, MMS üçün Nar Mobile abunəçiləri nömrədən əvvəl 070/077 prefiksini yığmalıdırlar.

Bununla da, Nar Mobile abunəçiləri yeni yığım qaydasından istifadə etməklə zəng edə biləcəklər. Ölkədə icra olunan “Daşınan nömrələr” layihəsi çərçivəsində Nar Mobile tərəfindən bir sıra işlər həyata keçirilib. Bu, ilk növbədə abunəçilərin sayını artırmağa imkan yaradacaq. MNP xidməti Azərbaycanın hər üç mobil rabitə operatoru tərəfindən eyni vaxtda işə salınmalıdır. İnanırıq ki, artıq çox yaxın zamanlarda “Daşınan nömrələr” layihəsi var gücü ilə işə düşəcəkdir.

Qeyd edək ki, MNP xidmətinin tətbiqi abunəçilərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanını verəcək.