Nar Mobile eşitmə qabiliyyəti məhdud gəncləri dəstəkləyir

nar-mobile-esitme-qabiliyyeti-mehdud-gencleri-destekleyir-
Oxunma sayı: 716

Nar Mobile şirkətinin əməkdaşları “Eşitməmək düşünməmək deyil” sosial layihəsi çərçivəsində “Azərbaycan Karlar Cəmiyyəti”ndə eşitmə qabiliyyəti məhdud olan gənclərlə görüş keçiriblər.

Aksiyası çərçivəsində şirkətin əməkdaşları eşitmə və danışma qabiliyyəti məhdud olan əməkdaşlarla birgə, gənclərə cəmiyyətdə yer tutmaq, işlə təmin olunmaq və aktiv həyat tərzi keçirmək üçün öz məsləhətlərini veriblər. Nar Mobile əməkdaşları şirkətin bu sahədə olan təcrübələrindən danışaraq, CV yazılması qaydaları, şirkətlərə müraciət proseduru və işə götürmə üzrə ixtisaslaşmış internet resurslarından istifadə qaydaları üzrə treninq keçiriblər.

Nar Mobile bu layihə çərçivəsində daha bir neçə sosial aksiya keçirmək niyyətindədir.

Qeyd edək ki, mobil operator bundan öncə “Eşitməmək-düşünməmək deyil” layihəsi çərçivəsində şirkətdə çalışan, lakin eşitmə qabiliyyətindən məhrum olmuş əməkdaşların iştirakı ilə sosial video çarx çəkib. (http://www.youtube.com/user/NarMobileReklamlari).