Nar Mobile gəncləri öz sıralarına qatır

nar-mobile-gencleri-oz-siralarina-qatir
Oxunma sayı: 634

Nar Mobile gəncləri öz sıralarına qatmaq üçün təcrübə proqramına başlayır. “Qafqazinfo” xəbər verir ki, Nar Mobile şirkəti PwC Azərbaycan şirkəti tərəfindən həyata keçirilən layihəyə birgə əməkdaşlığı çərçivəsində qoşulub. Seçilmiş bir sıra gənc tələbələr 2013-cü ilin aprel – iyun ayları ərzində Nar Mobile şirkətində təcrübə proqramına cəlb olunaraq, işlə təmin olunmaq imkanını əldə edəcəklər.

“Təhsildə bir sıra yeniliklərə imza atan Nar Mobile, hər zaman gənc tələbələrə elmi biliklərini təcrübədə tətbiq etmək üçün geniş imkanlar yaradıb. Belə ki, PwC Azərbaycan şirkəti ilə əməkdaşlığımız və bu çərçivədə təcrübə proqramı - növbəti belə dəstək layihələrimizdəndir. Bu layihə gənclərə ilk olaraq, biznes, idarəçilik və İKT sahəsində böyük təcrübə qazandıracaq və həmçinin, təcrübə proqramını müvəffəqiyyətlə bitirmiş tələbələrin işlə təmin olunması üçün şərait yaranacaqdır”, - deyə Nar Mobile şirkətinin Baş Direktoru Kent Maknili bildirib.

PwC İstedadlar Klubu Azərbaycanın tələbələri üçün nəzərdə tutulan və gələcəkdə karyera həyatında zəruri olan biznes biliklərini təmin etməyə yönələn bir proqramdır. Bu proqramın əsas məqsədi inkişafa, təkmilləşməyə, peşəkar karyeranın başlanğıcından etibarən yerli və beynəlxalq miqyasda rəqabətə davamlı olmaqda maraqlı olan ən qabaqcıl istedadlı gəncləri müəyyən etməkdir.

Layihə haqqında daha ətraflı məlumatı PwC Talents Club Facebook səhifəsində əldə etmək olar