Nar Mobile Milli Olimpiya Komandasının Rəsmi Kommunikasiya Tərəfdaşı olub

nar-mobile-milli-olimpiya-komandasinin-resmi-kommunikasiya-terefdasi-olub
Oxunma sayı: 675

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, tərəfdaşlıq razılaşması çərçivəsində Nar Mobile idmançıları və yığmamızı təmsil edən qrupu mobil rabitə xidmətləri ilə təmin etməyi öhdəsinə götürüb.

Nar Mobile və Milli Olimpiya Komitəsi arasında olan Tərəfdaşlığı elan etmək və Milli Olimpiya Kitabını təqdim etmək məqsədi ilə 20 iyul tarixində tədbir təşkil olunub. Tədbir zamanı Nar Mobile-ın Baş Direktoru Yurgen Pitz idmançılarımızla görüşərək, onlara telefon və pulsuz danışıq nömrələrini təqdim edib.

Təqdimat mərasimində Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin Baş Katibi Ağacan Abıyev, digər rəsmilər, media nümayəndələri və idmançlar iştirak ediblər.

Nigar Məmmədli