Nar Mobile Olimpiya oyunlarının qaliblərini yeni baş ofisində qəbul edib

nar-mobile-olimpiya-oyunlarinin-qaliblerini-yeni-bas-ofisinde-qebul-edib
Oxunma sayı: 635

Bu gün Nar Mobile rəhbərliyi London Olimpiya Oyunlarında iştirak edən Milli Olimpiya yığmamızın qaliblərini təbrik etmək üçün, onları Nar Mobile-ın yeni ofisində qəbul edib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, xüsusi təşkil olunan tədbirdə Nar Mobile əməkdaşları, Olimpiya qalibləri və onların məşqçiləri, Milli Olimpiya Komitəsinin nümayəndələri, media nümayəndələri iştirak ediblər.

Tədbir zamanı qalibləri təbrik edən Nar Mobile-ın Baş Direktoru Yurgen Pitz, Azərbaycanın Olimpiya Oyunlarında qazandığı uğurların əhəmiyyətindən danışaraq, ölkəmizin bütün dünyada tanınması yolunda daha bir möhtəşəm addımın atıldığını vurğulayıb və idmançılarımızın bu prosesdə xüsusi töhvəsinin olduğunu alqışlayıb: “Bu gün bizlər üçün çox xoş və dəyərli bir gündür. Biz, Nar Mobile-ın yeni baş ofisində ilk olaraq Olimpiya qaliblərini qəbul etməkdən çox məmnunuq. Mən şirkətimiz adından qalibləri təbrik edirəm. İdmançılar ölkə tarixində növbəti şərəfli tarix yazıblar – bu dəfə 10 medal ilə olimpiyanı bitiriblər. Azərbaycan himninin səsləndirilməsi, bayrağının dalğalanması bütün Azərbaycan vətəndaşlarında, və bu ölkəyə azerkeşlik edən insanlarda iftixar hissi yaratmışdır. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir! Nar Mobile da, öz növbəsində, Milli Olimpiya Yığmasının rəsmi Tərəfdaşı olaraq, idmançılarımızın uğurlarına sevinir və onlara növbəti 2014-cü ildə Soçidə keçiriləcək XXII qış Olimpiya oyunlarında uğurlar diləyərək yeni qələbələr arzulayır.”

İdmançılar öz növbələrində, ölkə rəhbərliyinə, Milli Olimpiya Komitəsinə, Azərbaycan xalqına və Nar Mobile-a minnətdarlığını bildiriblər: “Qazanılan hər qələbə hər bir Azərbaycanlı üçün çox böyük sevinc və fəxr hissi yaradır. Biz olimpiadada iştirak etdiyimiz zaman vətənimizdən çox böyük dəstək olduğu hiss edirdik. Ölkə rəhbərliyindən tutmuş adi vətəndaşımıza kimi dəstək var. Bizə dəstək olanlardan biridə məhz Nar Mobile şirkəti oldu. Şirkət bizə bu şəraiti yaradıb. Azərbaycan ilə əlaqə saxlayırdıq və motivasiya əldə edirdik və bu bizi daha da ruhlandırırdı. Buna görə Nar Mobile öz dərin minnətdarlığımızı bildiririk” – deyə olimpiyaçılar söyləyib.

Görüşün sonunda idmançılarımız Nar Mobile-ın əməkdaşları ilə görüşərək, onlarla Olimpiya Oyunları zamanı keçirdikləri hisslərlə bölüşüblər. İdmançılarımıza, xüsusi illik balans olan nömrələr də daxil olmaqla, dəyərli hədiyyələr təqdim olunub.


Nar Mobile Olimpiadada iştirak edən bütün idmançılarımızı və onların məşqçilərini təbrik edir və olimpiaçılarmıza dəstək olmağa hazır olduğunu bildirir.