“Nar Mobile” qalibləri mükafatlandırdı

nar-mobile-qalibleri-mukafatlandirdi
Oxunma sayı: 846


“Nar Mobile” mobil operatorunun “Yeni Azərbaycan” qəzeti ilə birlikdə təşkil etdiyi “Bahar sevincləri” hədiyyə kampaniyasının qaliblərinin adları müəyyənləşdi. Kampaniyanın şərtlərinə uyğun olaraq, “Yeni Azərbaycan” qəzetinin fevral ayının 20-dən martın 20-dək olan dövr ərzində dərc olunan nüsxələrini əldə etməklə, sonuncu səhifənin sol yuxarı küncündə yerləşən kuponları toplayan və kampaniya bitdikdən sonra onları zərfə qoyaraq aprelin 9-dək qəzetin redaksiyasına təqdim edən bütün oxucular uduş kampaniyasının iştirakçılarına çevrildilər.

Yaradılan bu fürsət “Yeni Azərbaycan” qəzetinin daimi oxucularına “Nar Mobile” tərəfindən təqdim edilən “Samsung” markalı smartfonlara sahib olmaq imkanı verdi. Aprelin 9-da “Yeni Azərbaycan” qəzetinin redaksiyasında “Bahar sevincləri” hədiyyə kampaniyasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. 431 nəfərin iştirak etdiyi lotereyada qalib gələn qəzet oxucularına hədiyyələri “Azerfon” şirkətinin nümayəndəsi təqdim etdi.