Nar Mobile təyyarədə

nar-mobile-teyyarede
Oxunma sayı: 667

Ölkənin sürətlə inkişaf edən mobil operatoru olan Nar Mobile, “On Air” layihəsi çərçivəsində daha bir yeniliyi ilə abunəçilərini sevindirir. Belə ki, artıq Nar Mobile, Azal və İsveçrənin “On Air” şirkətlərinin birgə layihəsi çərçivəsində, uçuş zamanı təyyarənin göyərtəsində mobil rabitəni təmin edən xüsusi avadanlıqla təchiz olunan təyyarələrin sayı 7 – yə çatıb.

Bununla da, daha çox Nar Mobile abunəçisinə uçuş zamanı tam mobil rabitə xidmətlərindən istifadə etmək imkanı yaradılıb. Belə ki, AZAL təyyarələri ilə səyahət edən sərnişinlər təyyarənin qöyərtəsində quraşdırılmış Nar Mobile şəbəkəsindən istifadə etməklə, öz mobil telefonlarından zəng etmək və zəngləri qəbul etmək, SMS-xəbərlər göndərmək və veb-saytları nəzərdən keçirmək imkanına malikdirlər.