Nar Mobile və Milli Olimpiya Komitəsi yeni layihəyə start verdi

nar-mobile-ve-milli-olimpiya-komitesi-yeni-layiheye-start-verdi
Oxunma sayı: 642

Abşeron rayonu Saray qəsəbəsi 7 saylı internat evində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “İnkişaf Naminə İdman” İctimai Birliyinin təşkilatçılığı, NarMobile şirkətinin dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan uşaqların London 2012 Oyunlarının ruhlandırıcı gücü vasitəsilə inkişafı” layihəsinə start verilib. NarMobile-dən “Qafqazinfo”ya verilən məlumata görə, layihənin təqdimat mərasimi tədbirə dəvət almış London 2012 Olimpiya və Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçıları – Rövşən Bayramov, Emin Əhmədov, Oleq Panyutin, Yulia Ratkeviç və Afaq Sultanova və başqalarının tədbir çərçivəsində təşkil edilmiş şən və inklusiv oyunlarda uşaqlarla yarışından başlayıb. Bundan sonra rəsmi hissəni giriş sözü ilə internat evinin direktoru Qətibə Əsədova açaraq London Olimpiyaçı və Paralimpiyaçılarının layihənin təqdimatında iştirakı və yeni il öncəsi əlilliyi olan uşaqlara hədsiz sevinc bəxş etdiklərinə görə idmançılara, Milli Olimpiya Komitəsinə və NarMobile şirkətinə dərin minnətdarlığını bildirib.

Tədbirdə Milli Olimpiya Komitəsinin rəsmiləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Çıxışçılar bu kimi tədbirlərin sağlamlıq imkanlarından asılı olmayaraq bütün uşaqlar və gənclər üçün əvəzsiz rolunun olduğunu xüsusi vurğulayıb.

Milli Olimpiya Yığmasının Rəsmi Kommunikasiya Tərəfdaşı olan Nar Mobile korporativ sosial məsuliyyət strategiyasına sadiq qalaraq əlillərin cəmiyyətə inteqrasiyası məsələsinə xüsusi önəm verir. Belə ki, beş aylıq layihə Saray internat evindən olan uşaqların idman və kommunikasiya xidmətləri vasitəsilə cəmiyyətə inteqrasiyasına xidmət edir. Bu məqsədə nail olmaq üçün Saray qəsəbəsi 2 saylı orta məktəbin kollektivinin, xüsusilə uşaqlar və onların valideynlərinin, həmçinin idman ictimaiyyətinin səfərbər edilməsi nəzərdə tutulur