Nar Mobile yeni “ZERO” tarifini təqdim edib

nar-mobile-yeni-zero-tarifini-teqdim-edib
Oxunma sayı: 640

Hər zaman öz abunəçilərinə sərfəli danışıq tarifləri təqdim edən Nar Mobile yeni tarif təqdim edib. “Qafqazinfo”nun məlumatına görə, mobil operatorun təqdim etdiyi “Zero” (Sıfır) tarifinə qoşulan abunəçi kiçik bağlantı haqqı ödəyərək, şəbəkədaxili səsli və video zənglər zamanı ilk 3 dəqiqəni 0 (sıfır) qəpiyə danışa biləcək. İlk 3 dəqiqə şəbəkədaxili zənglər üçün bağlantı haqqı və şəbəkədaxili zənglər zamanı 4 dəqiqədən başlayaraq hər növbəti dəqiqə üçün danışıq haqqı 4 qəpikdir.

Bu tarifə qoşulan abunəçi həmçinin, iki sevimli Nar nömrəsinə 50% endirimlə zəng edə bilər. Sevimli nömrələrə zəng zamanı ilk 3 dəqiqə üçün 4 qəpik, 4-cü dəqiqədən etibarən isə hər dəqiqə üçün 2 qəpik ödəyəcək. Abunəçi “Zero” tarifinə qoşulmaq üçün «0» yazıb 777 qısa nömrəsinə mesaj göndərməli və ya *777#000#Yes yığmalıdır.

Bundan başqa “Zero” tarifində zəng, mesaj və data xidmətləri üçün digər qiymətlər də təklif olunur. Daha ətraflı məlumatı http://narmobile.az/private/tarifplan/0/ veb səhifəsindən əldə edə bilərsiniz.