“Nar Mobile”dan narsim.az saytı

nar-mobiledan-narsimaz-sayti
Oxunma sayı: 3850


“Nar Mobile” mobil operatoru yeni www.narsim.az İnternet saytını istifadəçilərinin xidmətinə verdi. Bu sayta daxil olanlar istədikləri hər hansı bir “Nar” nömrəsini satışda olan nömrələr arasında axtara biləcəklər. İstifadəçinin axtardığı nömrə sistemdə olarsa, onlayn sorğunu cavanlandırmaqla onu sifariş etmək mümkün olacaq. Sifariş əsasında istifadəçi ilə əlaqə saxlanılır və qısa müddət ərzində nömrə sifarişçiyə təqdim olunur.

Qeyd edək ki, saytda olan axtarış sistemi çox sadədir. İnternet səhifəyə daxil olanlar prefiksi seçdikdən sonra istədikləri nömrəyə uyğun olaraq, istənilən ən azı üç xananı doldurmaqla axtarış edə bilirlər. Axtarışın nəticəsi iki tərzdə – qiymətə və nömrələrin ardıcıllığına görə təqdim olunur. Axtarış nəticəsində sistemdə tapılan nömrələrin tam sayı yuxarıda qeyd edilir. Bu xidmətdən Azərbaycan ərazisində adı, soyadı və əlaqə nömrəsini sistemə daxil etmiş hər bir sifarişçi yararlana biləcək. Gələcəkdə www.narsim.az səhifəsinin əlavə funksiyalar vasitəsilə daha da mükəmməlləşdirilməsi gözlənilir.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.