“Nar Mobile”ın sponsoru olduğu “İKT-3” müsabiqəsinin qalibləri müəyyənləşib

nar-mobilein-sponsoru-oldugu-ikt-3-musabiqesinin-qalibleri-mueyyenlesib
Oxunma sayı: 1022


Tədbiri giriş sözü ilə açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev müsabiqənin qaliblərini təbrik edib. Mükafatlandırma mərasiminə qatılan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də gənc alimləri bu münasibətlə təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. Tədbirdə iştirak edən “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai isə korporativ sosial məsuliyyət strategiyasını əldə rəhbər tutan “Nar Mobile” mobil operatorunun ölkədə təhsil və elmin inkişafına, maariflənməyə yönəlmiş layihələrə xüsusi önəm verdiyini və hər il mütəmadi olaraq bu kimi layihələr həyata keçirdiyini iştirakçıların diqqətinə çatdırıb. 

Akademiya təşkilatları, ali təhsil müəssisələri, nazirliklərin nəzdindəki elmi-tədqiqat institutları, QHT-lər və İKT ilə əlaqəli şirkətlərin əməkdaşları olan gənc alim və mütəxəssislərin iştirak etdikləri müsabiqədə qaliblərə Bestcomb şirkəti və “Nar Mobile” mobil operatoru tərəfindən dəyərli hədiyyələr təqdim edilib.