“Nar” müsabiqə nəticələrini açıqladı

nar-musabiqe-neticelerini-aciqladi
Oxunma sayı: 3599

“Nar”ın 1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirdiyi müsabiqə sosial şəbəkə istifadəçilərinin böyük rəğbətini qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, 31 iyul- 2 avqust tarixləri arasında keçirilmiş müsabiqədə doğma dilini səlis bilən abunəçilər 1 GB internet bonusu qazanmaq imkanı əldə ediblər.

“Nar” abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak etməklə ana dili biliklərini sınamaqla yanaşı, qalib gələrək mobil operatordan internet bonusları da qazanıblar.

“Nar”ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə on minədək abunəçi iştirak edib. Onların böyük əksəriyyəti müsabiqədə uğurla iştirak edərək verilmiş sualları düzgün cavablandırmaqla mobil operatordan vəd edilmiş hədiyyələri qazanmağa müvəffəq olub. Ümumiyyətlə, ana dili müsabiqəsi ictimaiyyətdə böyük rezonans doğuraraq hamılıqla təqdir edilib. 

Müsabiqədə iştirakçılara 20 sual təqdim olunub. 9787 internet istifadəçisindən 92-si bütün sualları doğru cavablayaraq qalib olub. Sualların kifayət qədər çətin olmasına baxmayaraq, müsabiqədə qeydə alınan orta bal 13-dür. Ümumilikdə, iştirakçıların 82%-i sualların yarıdan çoxuna doğru cavab verib. Müsabiqənin nəticələri haqqında ətraflı məlumatı nar.az veb səhifəsindən öyrənə bilərsiniz.