Nardaran Ağsaqqallar Şurası çağırış etdi

nardaran-agsaqqallar-surasi-cagiris-etdi-
Oxunma sayı: 633

“Qafqazinfo”nun xəbərinə görə, bəyanatda deyilir ki, Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayevin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar xidmətin Müalicə Müəssisəsinə aparılması ilə əlaqədar yayılan xəbər bizi çox narahat etdi: “Biz bütün məhkəmə prosesini izləmişik. Böhtan və yalanlarla ittiham olunaraq və haqqında heç bir əsaslı dəlil və ittiham səslənməyən V. Abdullayevin səhhətində yaranan ciddi problemlər tibbi rəyin dərhal verilməsi və məhkumun azadlığa buraxılmasını zərurui edir. Humanistlik nümayiş etdirərək ağır günlər keçirən AİP sədr müavininin azadlığa buraxılmasına Nardaran Ağsaqqallar Şurası da çağırış edir” .