Nardaran dindarları prezidentdən kömək istədi

nardaran-dindarlari-prezidentden-komek-istedi
Oxunma sayı: 1262


“Qafqazinfo” xəbər verir ki, bu sözləri bu gün Qafqaz Müsəlmanları İdarəsində ölkə dindarları ilə görüşdə Nardaran dindarları adından çıxış edən Hacı Hacıağa Nuriyev deyib.

Hacı Hacıağa Nuriyev qeyd edib ki, bir qrup dindar insanlar uzun müddətli həbs cəzasına məhkum olublar: “ Mən demirəm bilərəkdən ya da bilməyərəkdən olub. Amma qul xətasız olmaz, ağa kərəmsiz. Böyük adamdan böyük şey istəyərlər. Dindarlar arzu edir ki, inşallah cənab prezident növbəti dəfə ölkə başçısı seçiləndən sonra o uzunmüddətli cəzaya məhkum olan dindarlara nəzər yetirsin. Onların ailələri uşaqları var. İşlərinin yüngülləşməsinə köməklik etsin”.

Hacı Hacıağa Nuriyev eyni zamanda rayonlarda bağlanmış mədrəsələrin açılması üçün ölkə başçısından köməklik də istəyib 

“Son zamanlar təhsilə ölkə prezidenti tərəfindən çox böyük qayğı göstərilir. Bu gün təhsilə diqqət göstərilirsə, bu millətimizin tərəqqisi inkişafıdır. Amma biz dindarların sizdən bir xahişi var.  İslami təhsilin tədrisinə dair də müəyyən qədər sizin köməkliyinizə ehtiyacımız var. Biz bu gün rayonlarımıza gedirik. Elə rayonlar var ki, orada mədrəsələr bağlanıb. Şeyx həzrətləri, siz cənab prezidentə çatdırın ki, bağlanmış mədrəsələrin açılması üçün bizə köməklik etsin”.

Günel