“Nardaran hadisələri”nə görə həbs edilən 10 gün sonra azadlığa çıxır

nardaran-hadiselerine-gore-hebs-edilen-10-gun-sonra-azadliga-cixir
Oxunma sayı: 1952

Ali Məhkəmədə “Nardaran hadisələri”nə görə həbs edilən Raci Babayevin kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Gülzar Rzayevin icraatında olan prosesdə R.Babayevin cəzası aşağı endirilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilən R.Babayevin cəzası 2 ilə endirilib. R.Babayevin cəza müddəti 10 gün sonra bitəcək.

O, 2015-ci ilm noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı saxlanılaraq həbs edilib. 

Murad Əhməd