“Nardaran işi”ndə həbs olunanlar hakimə ayaqqabı atdı

nardaran-isinde-hebs-olunanlar-hakime-ayaqqabi-atdi
Oxunma sayı: 638

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti  üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əmir Bayramovun icraatında olan prosesdə gərginlik yaşanıb.

Təqsirləndirilən şəxslər çıxış edərkən hakim fasilə elan edib. Fasilədən sonra isə çıxış etmək üçün prokurora söz verib. Təqsirləndirilən buna etiraz ediblər və çıxışlarına davam etmək istədiklərini bildiriblər. Lakin onların istəyi nəzərə alınmayıb. Bu zaman həmin şəxslər ayaqqabılarını çıxararaq hakimlərə atıblar. 

***

Bu gün “Nardaran işi” üzrə keçirilən prosesdə yaşanan gərginlikdən sonra qərar elan olunub.

Vəkil Cavad Cavadov bildirib ki, apelyasiya baxışı yekunlaşıb: “Birinci instasiya məhkəməsinin hökmü qüvvədə qalıb. Qərarın elan edilməsi müdafiəçilerin iştirakı olmadan həyata keçirilib”.

Murad Əhməd