Nardaran məscidindəki körpələr- - Fotolar

nardaran-mescidindeki-korpeler-
Oxunma sayı: 3855


“Qafqazinfo” nardaranpiri.com-a istinadən xəbər verir ki, Mühərrəm ayının ilk cüməsi Mübarək "Həzrəti Əli Əsğər (ə) günü" kimi qeyd olunur. Beynəlxalq "Həzrəti Əli Əsğər (ə) günü " dünyanın müxtəlif müsəlman ölkələrində izdihamlı şəkildə keçrilir.

Belə məclislərdən biri də bugün Nardaran qəsəbəsidə təşkil edilib. Qəsəbənin Hacı Qulaməli məscidində xanımların və körpələrin iştirakı ilə Mübarək Həzrəti Əli Əsğər (ə) günü qeyd olunub.

Mərasimdə müxtəlif dini ayinlər yerinə yetirilib, həzrəti Əli Əsğər (əleyhis səlam) rozələri, mərsiyələri və şeirləri oxunmaqla daha da rövnəqlənib.

Məclisdə iştirak edən valideynlər öz körpələrinə yaşıl rəngli sevgi libası olan köynəklərin geyindirib, alınlarına “Ya Hüseyn" (ə), "Ya Əli Əsğər" (ə) və başqa müqəddəslərin adı yazılmış başlıqlar bağlanıb.