Nardaranda silah tapıldı

Nardaranda silah tapıldı
Oxunma sayı: 504

Yanvarın 27-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

DİN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, həmin gün S.Süleymanov qəsəbə ərazisində saxlanılaraq 42-ci Polis Bölməsinə aparılıb. O, odlu silaha sahib olduğunu etiraf edərək həmin silahı qəsəbə ərazisində yerləşən Ümid Qayası deyilən yerdə basdırdığını bildirib.

Bölmə əməkdaşları hal şahidlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirib. Orada olan tikilinin içərisində axtarış aparılıb və torpağın altında gizlədilən nömrəsi silinmiş, 1 ədəd AK-74 markalı avtomat, 1 ədəd ona məxsus sandıqça və 15 ədəd 5.45 kalibrli patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində həmin silah-sursatı 3 il əvvəl qəsəbədəki  “Rəhimə xanım” ziyarətgahının yaxınlığından tapdığını və polisə təhvil verməyərək  basdırdığını bildirib.

Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, istintaq hərəkətləri davam etdirilir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi