Nardarandakı əməliyyatda ölənlər İranda belə anılır - Foto

nardarandaki-emeliyyatda-olenler-iranda-bele-anilir
Oxunma sayı: 10473

Noyabrın 26-da Nardaranda polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülən islamçı ekstremistlər İranda “ehtiramla” anılıblar.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, onların xatirəsinə İranda xüsusi stend yaradılıb.

Belə stendlərin biri də Cənubi Azərbaycanın Ərdəbil şəhərində quraşdırılıb. Həmin stenddə Nardaran hadisələri barədə məlumat verilib və həmin şəxslər “şəhid” adlandırılıb.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 5 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Bununla yanaşı, həmin əməliyyatda 2 polis də vəfat edib.