Narkokartel prokurorluğun 2 əməkdaşını oğurlayıb

narkokartel-prokurorlugun-2-emekdasini-ogurlayib
Oxunma sayı: 983

Meksikada “Xalisko-yeni nəsil” narkokarteli Baş Prokurorluğun iki əməkdaşını oğurlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkarlar oğurlanma anını əks etdirən video görüntünü sosial şəbəkədə paylaşıblar. Kadrlarda diz üstə çökmüş 2 agent və əlində silah olan maskalı şəxslər əks olunub.

Baş Prokurorluq faktı təsdiqləyib. Qurumdan bildiriblər ki, sözügedən şəxslər Baş Prokuroluğun daxilində Kriminal Araşdırma Agentliyinin əməkdaşları olub.