“Narkomandır, mənə xəyanət etdi…” - Müğənni eks-əri haqqında

narkomandir-mene-xeyanet-etdi
Oxunma sayı: 3509

Türkiyənin məşhur müğənnisi İşın Karaca eks-əri Sedat Doğan haqqında şok açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, bir müddət əvvəl qızı Mianın atasının Braziliyada küçələrdə yaşamasına münasibət bildirib. 

Karaca keçmiş həyat yoldaşının narkoman olduğunu iddia edib:

“Ötən noyabr ayından bəri dram izləyirik. Onun görüntülərini içim burula-burula baxdım. Ancaq insan nə edirsə, özünə edir. Mənə deyirlər ki, qızını ona niyə göstərmirsən? Miaya pis örnək olmağından qorxuram. Məhkəmədən sənəd almışam, qızım onunla 18 yaşına kimi görüşə bilməz. Mən uşağımı qorumaq məcburiyyətindəyəm.

Boşandıqdan sonra onun ayaqüstdə durmağı üçün hər şeyi etdim. Mal-mülk verdim, 1 milyon liralıq borcunu ödədim. Bu ay keçmiş şirkətinin 5 min TL-lik vergisini verdim. O, narkomandır. Mənə xəyanət etdi, döydü. Amma olanları heç kəsə danışmadım”.