“Narkomaniya bəşəriyyətin bəlasıdır”- - Elza+Fotolar

narkomaniya-beseriyyetin-belasidir-
Oxunma sayı: 1148


“Qafqazinfo”nun məlumatına görə, alış-veriş mərkəzlərinin birində baş tutan tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tamaşa ilə çıxış ediblər. Gənclərə dəstək olmaq üçün mərasimə əməkdar artist Elza Seyidcahan, Samirə Allahverdiyeva da qatılıb. Əməkdar artist Elza Seyidcahan gəncləri narkotik kimi pis vərdişlərdən uzaq olmağa çağırıb:

“Gənclərə dəstək olmaq hər birimizin borcudur. Bir xalqı məhv etmək üçün onun gənclərini məhv etmək kifayətdir. Narkomaniya bəşəriyyətin bəlasıdır. Gənclərimiz bu bəladan qorumalıyıq. Bu tədbirdə iştirak etməyi təklif edəndə düşünmədən razılaşdım. Allah hər bir gəncimizi qorusun”.

ADMİU-nin ikinci kurs tələbəsi Təhminə Hümbətova da hazırladıqları səhnəcik haqda təəssüratlarını bölüşüb:

“Bu gün “Həyat” adlı səhnəcik hazırlamışıq. Adəm obrazını Ümman, Həvvanı isə Jalə canlandırıb. Mən də İblis obrazını ifa edirəm. Fərqli səhnəcikdir. Fevralın 2-də Gənclər günü ilə bağlı narkomaniyadan bəhs edən “Qaranlıqdan gələn xəbər” adlı tamaşanı nümayiş etdirəcəyik. Azərbaycan gənci olaraq narkomaniyaya yox deyirik, gəncləri bu cür zərərli vərdişlərdən uzaq olmağa çağırırıq”.

Qeyd edək ki, ideya müəllifi millət vəkili Jalə Əliyeva olan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstək verdiyi Festival artıq III ildir ki, keçirilir. Festivala bütün bölgələrimizdən 120-ə yaxın istedadlı, yaradıcı gənc qoşulub. 

Könül