“Narkotik çəkirdim və özümə nifrət edirdim” - Samir Bağırov

“Narkotik çəkirdim və özümə nifrət edirdim”
Oxunma sayı: 4469

Müğənni Samir Bağırov “V element” verilişindəki açıqlamaları ilə hər kəsi təəccübləndirib. 
 
“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, sənətçi hər kəsdən uzaqlaşmasında tək özünün günahkar olduğunu deyib:
 
“Tək qalmağımda heç kim günahkar deyil. Şou-biznesdə dostluq yoxdur. Güvənə bildiyim tək qadın anamdır”.
 
Samir “Bəs niyə Amerikaya ananızın və bacınızın yanına getmədiniz?” sualına belə cavab verib. O bildirib ki, narkotik maddə aludəçisi olub:
 
“Narkotiklə problemim var idi. Ona görə getmək istəmirdim. Anamın məni o halda görməsini istəmirdim. 6 il... Həmin an hər şey ola bilər, durumdan çıxmaq mümkün deyil. Anası, atası, əri-arvadı - heç kimin narkomana kömək etməsi mümkün deyil. Cavanlara bundan xilas olmaq daha çətindir. Özümə artıq nifrət edirdim. Düşünürdüm ki, bu sondur. Ayıldım və başladım yollar axtarmağa. Çalışdım Bakıda həkim tapmağa. Çətin oldu, dedilər, klinikada qalmalısan. Sonra Moskvaya getdim və 2 həftə müalicə aldım. Beləcə, bitdi. Narkomana kömək etmək mümkün deyil. Əgər səndən özü kömək istəyirsə, onda et. Amma sən özün narkomana kömək edə bilməzsən.
 
Axırıncı sənətdəki fasilə isə şəxslə bağlı idi. Sevgi problemi yaşadım. İndi sevgi bitdi. Ancaq sevgim sənətimdir. Aygün Kazımova sevgi olanda alovlanır. Mən isə sevdimsə, iş qalır geriyə. Qabağa gedirəmsə, demək sevgi həyatım boşdur”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi