Narkotik daşıyan dəstə tutuldu

narkotik-dasiyan-deste-tutuldu
Oxunma sayı: 644

“Qafqazinfo”ya Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinlərindən külli miqdarda narkotik vasitə aşkar olunub.

Tutulan Səbuhi Nəsirovun üzərindən 6,189 qram, yaşadığı Naxçıvanski küçəsindəki evdən isə 35,425 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb. Narkotik maddənin mənbəyinin aşkar olunması istiqamətində davam etdirilən əməliyyat tədbirləri nəticəsində S.Nəsirova narkotik vasitəni satan Mütəllim Cəbiyev tutulub və ondan 5,28 qram marixuana götürülüb. Bundan sonra M.Cəbiyevə narkotik maddəni həmyerlisi Yaqub Quliyevin satdığı müəyyən edilib və ondan 94,538 qram tiryək aşkar olunub. Nəhayət, Y.Quliyevə narkotik maddə satan Tahir Məmmədov da tutulub və üzərindən 5,32 qram marixuana aşkar olunaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İsramin Abdullayev də tutulub.