Narkotik gətirən iranlının məhkəməsi başladı

Narkotik gətirən iranlının məhkəməsi başladı
Oxunma sayı: 495

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana psixotrop maddə gətirməkdə təqsirləndirilən İran vətəndaşı, 1969-cu il təvəllüdlü Gonbari Albarinin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub. Prokuror ittiham aktını elan edib. Belə ki, Gonbari Albari İrandan Azərbaycana psixotrop maddə gətirməkdə, satışında və istifadəsində ittiham edilir.

İttihama münasibət bildirərən G.Albari özünü qismən təqsirli hesab edib. 

O psixotrop maddə istifadəçisi olduğunu etiraf etsə də, satışı ilə məşğul olmadığını deyib: "Bu dərman İranda apteklərdə açıq satılır, dərman kimi də istifadə olunur. Azərbaycanda qadağa olunduğunu bilmirdim". 

Şahid qismində G.Albarini saxlayan Nəsimi Rayonu Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ifadə veriblər. Onlar İran vətəndaşının saxlanılan zaman üzərindən psixotrop maddə çıxdığını bildiriblər. G.Albari deyilənləri təsdiq edib.

Elan edilib ki, növbəti iclasda Dövlət Gömrük Komitəsinin əməkdaşları ifadə verəcək. Proses martın 6-da davam etdiriləcək. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi