Narkotik qəbul edib dalaşdılar - Tovuzda

Narkotik qəbul edib dalaşdılar
Oxunma sayı: 527

Tovuz rayonunda yeniyetmələr arasında kütləvi dava düşüb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar kəndində baş verib. Bir qrup yeniyetmə arasında hələ ki, bilinməyən səbəbdən düşən dava zamanı, 2000-ci il təvəllüdlü Rəşad Elşən oğlu Hüseynov və onun həmyaşıdı, Elşad Vaqif oğlu Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Hər iki şəxsə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və yaralılar palataya yerləşdirilib. İlkin məlumatlara görə, mübahisə edən yeniyetmələr narkotik maddənin təsiri altında olublar. 

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi