Narkotik satışı 9 milyarda çatdı

narkotik-satisi-9-milyarda-catdi
Oxunma sayı: 641

"Qafqazinfo"nun xəbərinə görə, bu barədə Rusiya Federal Narkotiklərlə Mübarizə Xidmətinin rəisi, general Viktor İvanov məlumat verib. Xidmət rəisinin sözlərinə görə, hazırda narkotik ticarəti 9 milyard dollarla ölçülür. O, mübarizə tədbirlərinə baxmayaraq, Əfqanıstandan gələn narkotik maddələrin 6 milyard dollar həcmində olduğunu bildirib. Narkotik satışının əsasını marixuana (1,5 milyard dollar), sintetik narkotik(1 milyard dollar), kokain(80 milyon) və digərləri təşkil edir. General Rusiyada il ərzində 5 milyondan çox insanın mütamadi narkotikdən istifadəsini vurğulayaraq, hər il 100 min narkomanınsa öldüyünü bildirib.

Raminə