Narkotik satışı ilə məşğul olanlar saxlanılıb

narkotik-satisi-ile-mesgul-olanlar-saxlanilib
Oxunma sayı: 1318

Bakıda və Sabirabadda narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olan şəxslər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Eşqin Nəzərovdan çəkisi 5 kiloqram 150 qram marixuana götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suqovuşan kənd sakini Emin Qasımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı araşdırmalar aparılır.