Narkotik ticarətçiləri ilə polislər arasında atışma - 16 ölü

narkotik-ticaretcileri-ile-polisler-arasinda-atisma
Oxunma sayı: 906

Meksikanın Querrero ştatında narkotacirlər polislərə hücum ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zihuatanejo bölgəsində baş verən və yarım saat davam atışmada 10 narkotacir öldürülüb, 1 polis isə yaralanıb.

Bu hücumdan bir neçə saat sonra polislərə növbəti hücumda 6 polis ölüb.

Məlumata görə, hadisə polislər bölgədə nakotacirlərdən əziyyət görən ailələri ziyarət edərkən baş verib.