Narkotik və silah sursat tapıldı

narkotik-ve-silah-sursat-tapildi
Oxunma sayı: 1601

Kürdəmir sakinindən külli miqdarda narkotik və silah sursat aşkar olunaraq götürülüb.

"Qafqazinfo" xəbər verir ki, Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu, Beyi kənd sakini 1979-cu il təvəllüdlü Abbasov Zaur Mirzağa oğluna məxsus fərdi yaşayış evinin həyətindəki tövləyə baxış keçirilib. Baxış zamanı tövlənin tavanından 20 ədəd kibrit qutusunda 180 qram çəkidə qurudulmuş marixuana, evin yataq otağından 1 ədəd sellofan torbanın içərisində 450 qram çəkidə qurudulmuş marixuana, 7  ədəd kibrit qutusunda 65 qram çəkidə qurudulmuş marixuana, 2 ədəd kağız bükümdə 100 ədəd çətənə toxumu, 1 ədəd İj markalı, 12 kalibirli  ov tüfəngi və 17 ədəd həmin tüfəngə məxsus patronlar aşkar edilərək götürülüb.

Qeyd edək ki götürülmüş ov tüfənginə əlavə konstruksiya edilərək abrez tüfəng halına gətirilib.Saxlanılan şəxs Zaur Abbasov tutduğu əməlindən peşman olmadığını deyib.

Faktla bağlı araşdırma aparılır.