Narkotikə görə tutulan oğluna narkotik apardı

Narkotikə görə tutulan oğluna narkotik apardı
Oxunma sayı: 1549

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Penitensiar Xidmətdən “Qafqazinfo”ya verilən məlumata görə, 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Qaçaqmalçılıq və narkotik vasitələrin satışında təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi 0,593 qram narkotik maddə - marixuana aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi