“Narkotiklərlə Mübarizə Günü” ilə bağlı tədbir keçirilib

narkotiklerle-mubarize-gunu-ile-bagli-tedbir-kecirilib
Oxunma sayı: 1351

Ötən gün YAP Binəqədi Rayon təşkilatının konfrans zalında “26 iyun- Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici  tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti  başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon İdarəsinin rəis müavini Famil Məmmədov, Binəqədi  Rayon Prokurorunun köməkçisi Nilüfər İslamzadə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon Polis İdarəsinin Narkomaniya ilə Mübarizə bölməsinin əməkdaşı Elnur Kərimov, həkim-narkoloq Bəhrəm Əhməzov, rayonun tam orta məktəblərinin psixoloqları, səhiyyə işçiləri, bələdiyyələrin ictimai-humanitar sektorların rəhbərləri və içtimai birliklərin rəhbərləri iştirak edib.  
Aygün Əliyeva tədbiri açaraq bildirib ki, artıq uzun müddətdir narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Qeyd olunub ki, yerlərdə “Narkomaniya cəmiyyətin düşmənidir”, “Narkomaniyaya yox deyək” devizi altında əhali arasında təbliğat-təşviqat işləri aparılıb, bu tədbirlərdə əyani vasitələrdən geniş istifadə oluub.

Daha sonra çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun  rəhbərinin müavini  Vasif  Quliyev bildirib ki,  BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Son illər Respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə xeyli güclənib, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimai təşkilatların da fəallığı xeyli artırıblar.