“Narla Qazan”

narla-qazan
Oxunma sayı: 649

Nar Mobile yeni “Narla Qazan”- tirajlı stimullaşdırıcı lotereya təqdim edib. Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, kampaniya may ayının 8-dək davam edəcək. Lotereyada iştirak edib, qalib olmaq üçün abunəçi 8500 qısa nömrəsinə SMS göndərməklə viktorinaya qoşulmalıdır. Düzgün cavab iştirakçıya 30 xal, səhv cavab isə 10 xal qazandırır.

Lotereya başladığı müddətdən, həftə ərzində ən çox xal toplamış abunəçi həftəlik hədiyyələrdən birinə - 500 AZN-ə sahib olur. Aylıq uduş isə həmin ay ərzində ən azı 1 sms göndərmiş abunəçilər arasından təsadüfi seçimlə müəyyən edilir. Aylıq uduşun qalibi 5000 AZN və ya Hyundai Santa Fe avtomobilinə sahib olur.

Lotereya haqda daha ətraflı məlumatı www.narlaqazan.com rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladaq ki, Nar Mobile tərəfindən keçirilən “Narla Qazan” tirajlı stimullaşdırıcı lotereyası sayca ikincidir. Əvvəlki lotereyada əsas mükafatın qalibi Mercedes Benz markalı avtomobil qazanıb.

Nigar