“Narla Qazan” lotereyasının növbəti ayının qalibləri müəyyənləşib

narla-qazan-lotereyasinin-novbeti-ayinin-qalibleri-mueyyenlesib
Oxunma sayı: 644

Nar Mobile mobil operatorunun keçirdiyi “Narla Qazan” kampaniyasının növbəti ayı üzrə qalibləri bəlli olub. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, lotereyanın qaliblərinə qiymətli hədiyyələr təqdim olunub. Belə ki, nəticələrə görə Səlimova Gülnarə Eldar qızı iki dəfə qalib olmaqla 1000 AZN, Xankişiyev Ələddin Səhəddin oğlu və Ismayılov Elvin Əjdər oğlu hərəsi 500 AZN məbləğində mükafatlandırılmışdılar. Muradov Tural Saleh oğlu isə ayın əsas mükafat fondu olan 5000 AZN-nin qalibi olmuşdur. Lotereya 08.10.12 tarixində Xəzər televiziya kanalında canlı olaraq oynanılıb.

“Artıq ikinci aydır bu lotereyada iştirak edirəm və xoşbəxtçilikdən bu ayın əsas qalibi mən oldum. Bunun üçün Nar Mobile şirkətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Növbəti aylarda da iştirak etmək niyyətindəyəm və eləcədə hamını iştirak etməyə çağırıram” – deyə lotereyanın qalibi bildirib.

Qeyd edək ki, lotereyada iştirak etmək üçün Nar Mobile nömrəsindən START yazıb 8500 qısa nömrəsinə SMS göndərmək lazımdır. Kampaniyanın şərtlərinə görə, iştirakçı hər bir “SMS”-ə görə 10 (on) xal əldə edir. Toplanmış hər 10 xal bir şans olaraq qiymətləndirilir. Daha çox SMS, abunəçinin qalib olmaq şansını artırmış olur. Bir SMS-in qiyməti ƏDV daxil olmaqla 0,69 AZN-dir.

“Narla Qazan” kampaniyası 12.06.2012-25.12.2012 müddət ərzində keçiriləcək.
Nar mobile tərəfindən təqdim edilən “Narla Qazan” kampaniyası haqqında daha ətraflı məlumatı və qaliblərin siyahısını kampaniyanın rəsmi İnternet saytı olan www.narmobile.az və www.narlaqazan.com ünvanlarından əldə edə bilərsiniz