NASA Günəşə peyk göndərdi

nasa-gunese-peyk-gonderdi
Oxunma sayı: 1640

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “Parker Solar Probe” peykini Günəşə göndərib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Florida ştatının “Kanaverel” kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.

“Parker Solar Probe”nin 7 il ərzində 24 dəfə Günəş ətrafında dövr edərək ona rekord yaxın məsafədə - 6,1 milyon kilometr yaxınlaşması planlaşdırılır.

Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.