NASA “Qaz nəhəngi”nin yeni görüntüsünü yaydı - Foto

nasa-qaz-nehenginin-yeni-goruntusunu-yaydi
Oxunma sayı: 2301

NASA Günəş sistemimizin “Qaz nəhəngi” olan Yupiter planetinin üzərindəki “Böyük qırmızı ləkə”nin yeni görüntüsünü yayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, foto “Juno” avtomatik stansiyasının planetə 12-ci dəfə yaxınlaşması zamanı lentə alınıb.

Görüntü 3 müxtəlif hissə şəkilin birləşməsindən hazırlanıb. Fotolar 25 və 49 min kilometr məsafədən çəkilib.

Qeyd edək ki, “Böyük qırmızı ləkə” saatda 430 km sürətlə əsən küləklərin nəticəsində əmələ gələn güclü qasırğanın yaratdığı təbii mənzərədir. O Yer kürəsinin enindən 1,3 dəfə böyükdür.