NASA təəccüb içərisindədir

nasa-teeccub-icerisindedir
Oxunma sayı: 644

ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) əməkdaşları Günəşin istilik dairəsinə həddən artıq yaxın məsafəyə “irəliləyən” quyruqlu ulduzun “tamamilə əriməkdən” xilas olmasını təəccüblə izləyiblər.

NASA əməldaşları quyruqlu ulduzun Günəş hərarətinin milyonlarla dərəcə ilə ölçüldüyü 121 min kilometrədək yaxınlaşdığına rəğmən əriyib yox olmadan Günəşin digər tərəfindəki teleskopların müşahidə dairəsinə daxil ola bildiyini deyiblər. Mütəxəssislər bunun quyruqlu ulduzun güman ediləndən daha böyük olmasından qaynaqlana biləcəyi ilə izah ediblər.

Kainatın saysız-hesabsız qəribə varlıqlarından olan quyruqlu ulduzlar çirkli buz və digər donmuş qazlarla az miqdarda kosmik toz və digər qatı cisimlərdən ibarətdir. Alimlər quyruqlu ulduzun əsasən işıq topu şəklində göründüyünü bildirirlər.

azerimuslims