Nasaz eskalator qadının ayağını kəsdi - Video

nasaz-eskalator-qadinin-ayagini-kesdi
Oxunma sayı: 4089

Çinin Xeyluncian əyalətinin Xarbin şəhərində qadının ayaqları eskalatorun arasında qalıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə şahidi tərəfindən lentə alınan görüntüləri “Miaopai” portalı yayımlayıb.

İnsident yerli ticarət mərkəzlərinin birində yaşanıb. Kadrlarda xilasedicilərin qurğunu sökməsi və qadını oradan çıxarmaq cəhdləri öz əksini tapıb. Sıradan çıxan eskalator qadının sol ayağını dizinə qədər kəsib və sağ ayağını zədələyib.

“AsiaOne”nun məlumatına görə, xəstəxanaya yerləşdirilən qadın dərhal əməliyyat olunub. Pasiyentin vəziyyəti normaldır.

Qadının qohumları bildirir ki, eskalator adi vəziyyətdə çalışırdı, amma bir anda xəta baş verdi.

Hadisə şahidləri isə eskalatorun təmirdə olduğunu qeyd edib. Onlar qadının qadağaya məhəl qoymadan ona mindiyini deyib.