Natavan geriyə addım atdı- - Konsertini təxirə saldı

natavan-geriye-addim-atdi-
Oxunma sayı: 1844


ANS PRESS-in məlumatına görə, may ayının 17-də Laçının işğalı günü Heydər Əliyev sarayında ilk solo konsertini verməyə hazırlaşan müğənni fikrindən daşınmalı olub.

Konsert verəcəyi barədə reklam yayınmağa başladığı andan etibarən media nümayəndələri və sosial şəbəkə istifadəçiləri tərəfindən kobud şəkildə qınanan ifaçı bu addımı atmağa məcbur qalıb. 

Natəvan Həbibi may ayının 17-ə planlaşdırılan konsertini may ayının 24-ə təxirə salıb. İfaçı “Dinlə” adlı konsert proqramı ilə sevənlərinin qarşısında çıxış edəcək.

Xatırladaq ki, bu haqda xəbər ilk dəfə aprel ayının 18-də "Şok! Azərbaycanlı müğənni Laçının işğal günü konsert verəcək" başlığı ilə ANS PRESS-də yayınlanmışdı.