Natavan Röya və Elnarəylə barışıb?

natavan-roya-ve-elnareyle-barisib
Oxunma sayı: 2543

Müğənni Elnarə Xəlilovanın keçmiş  "W-Trio" üzvləri Röya Ayxan və Natavan Həbibiylə barışmaq istəyi cavabsız qalmayıb.  “Qafqazinfo” xəbər verir ki, müğənni Natavan Həbibi  keçmiş rəfiqəsinə instaqramda cavab verib. Müğənni “W-Trio”nu yamsılayan n “Planet Parn iz Baku”nun  videosunu sosial şəbəkədə yayımlayıb.  

Həbibi  paylaşıma “Ay səni! Röya Ayxan və Elnarə Xəlilova, günün mövzusu…Sizi öpürəm”- şərhini yazıb. Natavanın bu paylaşımından sonra üç məşhur simanın barışdığı iddia edilib. 

Qeyd edək ki, Elnarə “Xəzər Maqazin”də küsülü olduğu keçmiş rəfiqələri Natavan və Röyaya barışıq əli uzadtmışdı:

"Bizim üçümüzün də əqidəmiz, amalımız, ürəyimiz birdir. Müxtəlif məsələlərə eyni yanaşırıq”.

Xatırladaq ki, üç məşhur müğənni arasında soyuqluq N. Həbibinin Heydər Əliyev adına Saraydakı solo konsertindən sonra baş vermişdi. Müğənni onu tək qoyan həmkarlarından incimişdi.

Daha sonra Röya Ayxanın 5-ci element” verilişində Natavan və Elnarəni “Çuşka” adlandırması qalmaqalı alovlandırmışdı.