Natavandan tənqidlərə cavab

natavandan-tenqidlere-cavab
Oxunma sayı: 664

“Mən sizə salam verəndə, cavab olaraq sadəcə salam verin. Hörmət əlaməti olaraq “şərh” bölməsini bağlamıram. Amma bu, o demək deyil ki, burda olan bəzi “dünya moda sənayesinin münsifləri” öz tənqidi fikirlərini bildirməyə başlamalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi sosial şəbəkədə yazıb. Sənətçi toyunda geyindiyi gəlinlikləri tənqid edənlərə cavab verib:

“Bilə-bilə ki, danışdıqları neqativ sözlər heç kimə maraqlı deyil. Sizi heç nə narahat eləməsin. Hər halda biz də az-çox bilirik, nə var, nə yox. Son zamanlar nədənsə sosial şəbəkələrdə aqressiv şərhlər yaman çoxalıb. Məncə, bu, heç kimə xeyir gətirməz. Mehriban, anlayışlı olaq, bir az dünyagörüşümüzü inkişaf etdirək. 

Öz həyatımızla məşğul olaq. Onda kimisə müzakirə etməyə vaxtımız qalmaz. Hamınıza gözəl həyat arzulayıram. O qədər gözəl olsun ki, başqasının həyatı yadınıza düşməsin. Sevin və sevilin...”