Natavanla Dado birdəfəlik ayrıldı

natavanla-dado-birdefelik-ayrildi
Oxunma sayı: 4722

Gah küsən, gah da barışan Natavan Həbibi ilə Dado birdəfəlik münasibətlərinə nöqtə qoyub. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin özü “Zaurla Günaydın” verilişinə qonaq olarkən deyib.

O, hələ anasıgildə qaldığını, problemlərdən xilas olduğunu bildirib:“Elə bilirsiz sevgi stressi yaşayıram. Burada başqa şeylər var, problemləri aşdım.Səid (Dado) özü açıqlama verib. Eşitdim ki, instaqramda canlı yayımda danışıb. Deyib ki, mövzu bağlandı, hər şeyi bitirdik. Bu barədə çox danışmaq istəmirəm, ətim töküldü”. 

Qeyd edək ki, ötən ilin dekabr ayında N. Həbibi instaqramda Dado ilə boşanacağını elan etmişdi. Daha sonra cütlüyün barışmaqları barədə xəbər yayılmışdı.