Natavanla Dado yenə barışdı - Video

natavanla-dado-yene-barisdi
Oxunma sayı: 5001

Uzun müddətdir ayrı yaşayan müğənni Natavan Həbibi ilə repçi həyat yoldaşı Dado (Səid Əliyev) barışıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə Dado mətbuata açıqlamasında bildirib.  O, ötən gün Natavanın Novxanıda baş tutan konsertində iştirak edib. 

Repçinin səhnədə olan xanımını izləyən görüntüləri sosial şəbəkələrdə paylaşılıb.  Bu zaman o, Natavanla barışdığını, hər şeyin qaydasında olduğunu və onu çox sevdiyini bildirib. 

Dado daha sonra konsertdə çəkdiyi videonu şəxsi instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində elan etmiş, bir neçə həftə sonra barışdıqları barədə aparıcı Zaur Kamal video paylaşmışdı.

Daha sonra fevralın əvvəlində ATV kanalında yayımlanan  “Zaurla Günaydın” verilişində əriylə birdəfəlik ayrıldığını demişdi.