Natavanla Günayın geyim oxşarlığı - Biri 850 AZN, digəri isə…

natavanla-gunayin-geyim-oxsarligi
Oxunma sayı: 8283

Ötən gün Natavan Həbibinin tədbirlərin birində geyindiyi ağ paltar müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, həddindən artıq çəki atan ifaçının ağ və üzərində işləmələri olan libasın bənzərindən bir neçə ay bundan əvvəl Günay İbrahimlinin istifadə etdiyi ortaya çıxıb.

Günayın paltarının modeli digəri ilə eyni olsa da,  qara və çiyin hissəsi bir qədər fərqlidir.  İbrahimlinin sözügedən paltarını tanınmış modelyer Sultan Qədimbəyli 850 AZN-ə hazırlayıb. 

Amma Natavan Həbibinin ağ rəngli geyimini isə Bakının məşhur mağazalarından biri 229 manata satır. 

S. Qədimbəyli həmin paltarın özəl olaraq Günay üçün hazırladığını açıqlayıb. 

Kiçik araşdırma zamanı məlum olub ki, İbrahimliyə təqdim olunan libas əslində ən böyük onlayn alış-veriş saytlarında satılır və həmin paltarın plagiat olduğu iddia olunur.