“Natavanla Miri Yusifin fanatıyam”- - Kənan Doğulu+Fotolar

natavanla-miri-yusifin-fanatiyam-
Oxunma sayı: 2073


“Qafqazinfo” xəbər verir ki,  festivalda çıxış üçün Bakıya gələn pop ulduz mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Xoş gəldik, Bakını evim kimi görürəm, buranı çox sevirəm. “Crystal Hall” dünyaca məşhur saraydır. Konsert möhtəşəm olacaq. Ən çoxda gənclər əylənəcək. Natavan Həbibi və Miri Yusifin mənimlə birgə çıxış edəcəyini öncədən bilirdim. Mahnılarını dinləmişəm, onların fanatıyam”.

Mətbuat konfranında Kənanla eyni səhnəni paylaşan Natavan Həbibi və Miri Yusifdə iştirak edib.

Müğənni Natavan Həbibi konsertdə suprizlərin olduğunu qeyd edib.

“Bu gün çox maraqlı keçəcək. Hədiyyələr və suprizlər olacaq.  Solo konsertimdən sonra proqramımı dəyişdim. Eyni şeylərin olmasını istəmirəm. Hər kəsə təşəkkürlər”.

Qeyd edək ki, bir neçə saat sonra ulduzlar “Crystal Hall”da konsert proqramı ilə çıxış edəcəklər.