Natavanla Tolikin məhkəməsi oldu

natavanla-tolikin-mehkemesi-oldu
Oxunma sayı: 1787


“Qafqazinfo”ya açıqlamasında prodüser Tarix Əliyevin (Tolik) vəkili Rövşən Mərəndski bildirib ki, Həbibinin vəkili  25 min manat  mənəvi zərər tələbindən imtina etdiklərini qeyd edib:

“İşə Xətai Rayon Məhkəməsinin hakimi  Səadət  Səlimova baxır. Bugünkü prosesdə Natavan Həbibovanın vəkili 25 min manat mənəvi zərər tələbindən imtina etdiklərini bildirdi. Natavanın tələbi odur ki Tolik ondan üzr istəsin. Bu tərəfin öz istəyi ilə baş tutur, biz buna qarışa bilmərik.  Hesab edirəm ki, mənəvi zərər  sübutu tələb olunan bir istəkdir. Sübuta yetirən də başa düşülməlidir ki, erməni deyiləndə ona hansı zərər dəyib. Məhkəmə davam edir, sentyabrın 18-də baş tutacaq prosesdə mümkündür ki, yekun qərar qəbul edilsin. Hakimin ədalətliyinə şübhəmiz yoxdur.  Qərar bizim tərəfimizdən bəyənilməsə, işi Apellyasiya Məhkəməsinə verəcəyik. Təbii ki, digər tərəf də Apellyasiya Məhkəməsinə müraciət edə bilər. Qətnamənin çıxması prosesin bitməsi deyil. Natavan Həbibi və Tarix Əliyev məhkəmədə iştirak etməyib, nümayəndələri ilə təmsil olunublar”

Könül