Natiq Əliyevin 40 mərasimi keçirilib - Fotolar

natiq-eliyevin-40-merasimi-kecirilib
Oxunma sayı: 962

Bu gün mərhum energetika naziri Natiq Əliyevin 40 mərasimi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Heydər məscidinin Mərasim evində baş tutan məclis qadınlar üçün saat 11-də, kişilər üçün isə saat 12-də başlayıb.

Yas mərasimində dövlət rəsmiləri ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib.

Qeyd edək ki, Natiq Əliyev iyunun 9-da Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov