Natiqin səhhəti ilə bağlı daha bir - Açıqlama

Natiqin səhhəti ilə bağlı daha bir
Oxunma sayı: 2716

Əməkdar artist Natiq Şirinov dörd dəfə əməliyyat olunması barədə yayılan xəbərlərə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, ritm ustası hadisə barədə "ATV maqazin onlarla"ya illər əvvəl müsahibə verdiyini söyləyib..

 “Natiq” ritm qrupunun rəhbəri deyib ki, 4 dəfə əməliyyat olunduğu doğru olsa da, ancaq bu hadisələr 2004-cü ildə baş verib:

 “Xırda damarlarda tutulmalar yaranmışdı. Amma bu artıq keçmişdə qalıb. Hazırda səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq da müayinələrdən keçirəm. Narahat olunacaq bir səbəb yoxdur. Bir – birinin ardınca konsertlərimiz olur.

Bu yaxınlarda Gürcüstanda One Caucasus festifalinda və Soçidə səfərdə olmuşuq. Bu xəbərdən sonra mənə görə narahat olan dəyərli xalqıma minnətdarlığımı bildirirəm. Bir daha söyləyirəm səhhətimdə hər şey qaydasındadır. İrəlidə gözəl proyektlər və görəcəyimiz çox işlər var".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi